İqtisadiyyat.Az saytı oxucuları arasında virtual sosial sorğu keçirib. Sorğuda “Ay ərzində ən çox nəyə pul xərcləyirsiniz?” sualına müxtəlif cavablar gəlib. Belə ki, oxucuların əksəriyyəti yaşayış şəraitindən asılı olaraq xərclərin dəyişdiyini, bəziləri isə konkret olaraq əyləncələrə, mobil internet paketlərinə, kontura və siqaretə daha çox pul sərf etdiklərini bildiriblər. Təbii ki, bu siyahıda gənclər üstünlük təşkil edir. Orta yaşlı təbəqə üçün isə bu xərclər öz yerini benzin, siqaret, kredit, el məclisləri və qidalarla dəyişir.

Qeyd edək ki, sorğuda fəal iştirak edən oxucularımızın cavabları saytımızda dərc olunacaq.