Ağıllı cihazların istifadəsi və internetdən istifadəsi ilə iş yerində və evdə rəqəmsal təcrübə arasında sərhəd qaldırıldı. Belə olduqda iş saatlarında da şəxsi məqsədlər üçün internetdən istifadə getdikcə artır. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, işçilərin 90%-i gün ərzində dəfələrlə internetə girir. Bu da onların iş və fasilə saatları arasında fərq qoymalarına çətinlik yaradır.

Kiber təhlükəsizlik şirkətin Kaspersky Lab tərəfindən hazırlanan Qlobal Gizlilik sənədinə görə, işçilərin 35%-i sosial mediadakı paylaşımlarını müdirlərindən gizləməyi uyğun bilir.

Bu gizlilik iş yoldaşlarına da tətbiq olunur. Sənədə görə, 50%-dən artıq işçi paylaşımlarını iş yoldaşlarının da görməyini istəmir.

Bir işçi həyatının tam 13 il 2 ayını iş yerində keçirir. Həmin dövrü ancaq işə bağlı olaraq keçirmir. Hər gün 64% işçinin işə aid olmayan web saytlara daxil olması verilən sənəddə qeyd olunub.