Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında görüş başa çatıb.
İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, görüş 3 saat davam edib.
*** 19:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.
İqtisadiyyat.az xəbər verir ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İlham Əliyev arasında görüş başlayıb.