Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,1 milyard ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 2% azalıb.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkələr isə bunlardır:

Ölkələr

Qeyri-neft ixracının dəyəri

Rusiya

752 milyon dollar

Türkiyə

394,6 milyon dollar

Gürcüstan

157,7 milyon dollar

ABŞ

109,1 milyon dollar

İsveçrə

100,2 milyon dollar

Ukrayna

71,7 milyon dollar

Qazaxıstan

67,5 milyon dollar

Oman

65,8 milyon dollar

Türkmənistan

62,1 milyon dollar

Almaniya

34,2 milyon dollar

 

Gözəl Həşimova