Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələ prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bütün dövlət qurumlarına, Təhsil Nazirliyinə, Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib:

“Bu məsələ ciddi formada araşdırılmalıdır. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar. Hazırda istintaq işi gedir. Bu işdə kim günahkardırsa, cəzasını alacaq”.