Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu vətəndaşına ev verib.

Bunu Oxu.Az-a açıqlamasında yeni doğulan körpənin atası Rauf Həsənov bildirib.

O qeyd edib ki, İlham Əliyevin onun qızına Yasamalda üç otaqlı ev bağışlayıb. 

Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri uşağın adını Mehriban qoyublar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.