“Secure Digital Memory Card” (SD) məhsulları üçün standartlara nəzarəti həyata keçirən “The SD Association” Çinin “Huawei” şirkətini öz sıralarından xaric edib.

Assosiasiyanın qərarına görə, şirkət “SD” tipli yaddaş kartlarını dəstəkləyən qurğuları istehsal etmək hüququndan məhrum edilib. Bildirilir ki, assosiasiyanın bu addımı atmağa səbəb kimi ABŞ-ın Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qeyd olunur. Öz növbəsində “Huawei” şirkətinin nümayəndələri qeyd edib ki, yeni qadağa artıq buraxılmış smartfonlara şamil edilməyəcək.

Xəbəri “Ferra.ru” yayıb.