İyunun 15-i "Hədəf STEAM" Liseyində Qurtuluş Gününə həsr olunmuş "EFMF-2022 – Elm, Faydalılıq, Mühəndislik Festivalı" keçiriləcək.
Artıq ikincisi keçiriləcək festival "Hədəf STEM" Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutacaq. 
Festivalda “Eduhek” şirkətinin təqdimatında dünyanın məşhur təhsil texnologiyaları avadanlıqları istehsal edən Çinin “Makeblock” və “Flahsforge”, Almaniyanın “Fishertechnik”, Koreyanın “Matatalab”, Türkiyənin “Emkotech” şirkətinin STEAM və Robotiks avadanlıqlarının sərgisi də təşkil ediləcək. 
EFMF-2022 “Özün düzəlt ART” və “Özün düzəlt STEAM” əsasında təşkil olunacaq.
Açıq havada keçiriləcək sərgiyə ailələr övladları ilə gələ, iştirak edə, “Gör, Toxun, Et” prinsipi ilə əylənə və öyrənə bilərlər.

Ünvan: "Hədəf STEAM" Liseyi, Qurtuluş filialı, Masazır qəs., “Bağçalı evlər” Yaşayış Kompleksi