Gəncədə 12 yaşlı uşağın intiharı faktı üzrə araşdırma başlayıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

***

16:13

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.