“Əmək bazarında tələb və təklif prinsiplərinə ciddi əməl olunmalıdır. Bu gün ölkədə cari peşə və ixtisaslar mövcuddur. Lakin dünyada sürətli dəyişikliklər gedir”.

Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Vüqar Həsənov deyib.

Onun sözlərinə görə, bu prosesin əmək bazarına təsiri qaçılmaz olacaq: “Azərbaycan da bu sahədə ciddi layihələrə qoşulur. Gələcəkdə bərpaolunan enerji üzrə mühəndislərə, süni intellek üzrə də peşakarlara ehtiyac olacaq. Digər Avropa ölkələri də bu ixtisaslar üzrə mütəxəssis hazırlıqlarına başlayıb. Biz də bu istiqamətdə təhlillərə başlamaq istəyirik. Yerli təhsil müəssisələrinə bununla bağlı təklif getməlidir ki, hansı ixtisaslar üzrə əmək bazarında ehtiyac var. Hansı yeni peşə ixtisaslarına ehtiyac olması da müzakirə mövzusu olmalıdır”.