Müsəlman xanımın kəşfi sayəsində bir sıra xəstəliklərə anındaca diaqnoz qoymaq mümkün olacaq...

Müsəlman nanotexnoloq  qadın gözlənilməz kəşf edib. 

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir.

Fatimə əz-Zəhra əl-Atraktçinin araşdırmaları nəticəsində  bundan sonra bakteriyalar arasındakı “kommunikasiya”nı “dinləmək” mümkün olacaq. Və həmin  texnologiyanın köməyi sayəsində bakteriyalar antibiotiklər qarşısında zəifləyəcək və bir çox xəstəliklərə anındaca diaqnoz qoyulması gərçəkləşəcək. 

“Mənim  testimdə istifadə etdiyim yeni texnoloji üsulla bakteriyaları toplamaq və 30 saniyə ərzində diaqnoz qoymaq mümkündür. Ümid edirəm ki, bu, həkimlərə daha uyğun dərman təyinatı yazmağa, ümumi prosedurları ixtisar etməyə və qeyri-müəyyənlikdən qurtulmağa şərait yaradacaq” –deyə doktor Fatimə əz-Zəhra izah edib.

Küveytdə dünyaya göz açan və iki uşaq anası olan Fatimə xanım Livan və İraq mənşəlidir. O, 2018-ci ilin yanvarında  Danimarkanın Texniiki Universitetində fizika və nanotexnologiya üzrə fəlsəfə doktoru sertifikatini alıb.