Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının sədr müavini, deputat Gevorq Papoyan respublikanın yeni iqtisadiyyat naziri olacaq.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.

“Siyasi komanda qərara gəldi ki, mən iqtisadiyyat naziri kimi fəaliyyətimi davam etdirim”, - o qeyd edib.

Qeyd edək ki, Ermənistanın əvvəlki iqtisadiyyat naziri Vaan Kerobyan fevralın 14-də nazirlikdəki korrupsiya qalmaqalı fonunda istefa verdiyini açıqlayıb. Daha sonra o, Ermənistan İstintaq Komitəsinə aparılıb. Ona vəzifəli şəxsə qarşı korrupsiya maddəsi ilə cinayət işi açılıb.