ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini illik 5,25-5,5% səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü başa çatan yekun iclasının yekunlarına dair bəyanatında deyilir.

“Açıq Bazar Əməliyyatları federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda bildirilir.

Qeyd olunub ki, qərar əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.