Dünyanın öndə gedən büdcə dəyərləndirmə şirkəti Brand Finans, “Dünya futbolunun ən varlı 50 klubu” siyahısını təqdim edib. İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə,şirkətin apardığı araşdırmaya görə, siyahıya daxil olan 50 klubun toplam büdcəsi 22 mlrd 781 milyon dollar təşkil edib. Təkcə ilk onluqda yer alan klubların büdcəsinin isə 13 mlrd. 229 milyon dollar olduğu bildirilib. Keçən ilki siyahıda ikinci yerdə qərarlaşan Real Madrid, 1 mlrd 573 milyon dollarlıq büdcəsini 17.4% artıraraq 1 mlrd 846 milyon dollara yüksəldib və siyahıda birinciliyi ələ ala bilib.

2 ildir siyahıya liderlik edən Mançester-Yunayted isə büdcəsindən 12.9% itirərək, 1 mlrd 651 milyon dollarla 2-ci yerə düşüb. Barselona da 1 mlrd 653 milyon dollarlıq büdcə ilə siyahıda tutduğu 3-cülüyü bu ildə heç kimə verməyib.

İlk onluğun 6 klubu ingilis klublarıdır. Həmçinin ilk onluqda iki İspaniya, bir Almaniya və bir Fransa  klubu da yer alıb.

Siyahıda 4-cü yeri 1 mlrd 473 milyon dollarla Bayern Münhen, 5-ci yeri isə 1 mlrd 407 milyon dollarla Mançester-Siti yiyələnib.

Liverpul 11% büdcə artımı ilə 1 mlrd 366 milyon dollarla 6-cı, Çelsi isə 1 mlrd 85 milyon dollara düşən büdcə ilə 7-ci yerdə qərarlaşıb. Bu klubları 8-ci yerdə 1 mlrd 25 milyon dollarlıq büdcə ilə Paris Sen-Jermen(PSJ), 9-cu yerdə 993 milyon dollarla Arsenal izləyib. İlk onluğu isə 850 milyon dollarlıq büdcə ilə Çempionlar Liqasının builki finalçısı Tottenham Hotspur tamamlayıb.

 

Mehman Nəbiyev