Dünyanın ən böyük təqaüd fondu olan Yaponiya Dövlət Pensiya Sərmayə Fondu ötən maliyyə ilində portfelindəki ABŞ istiqrazlarını rekord miqdarda azaldıb.

Bloomberg xəbər verir ki,Yaponiya Dövlət Pensiya Fondu dünyanın ən etibarlı aktivlərindən satdıqdan sonra 2020-ci maliyyə ilində ABŞ istiqrazları aktivlərini portfelində 47%-dən 35%-ə endirib.

Fondun, Avropa istiqrazlarına sərmayələrinin artması ilə əlaqədar ABŞ istiqrazlarını azaltdığı qeyd edilir. Bəzi strateqlər isə pensiya fondunun ABŞ istiqrazlarının uzun müddət aşağı performans göstərməsi səbəbilə onların bir hissəsini satdığını söyləyirlər.

Bir ildən uzun müddətdir Fond, Yapon istiqrazlarından çox xaricdə yüksək gəlirli səhmlər və istiqrazlara yönəlib.

Fondun Fransa, İtalya, Almaniya və İngiltərə istiqrazlarına investisiyaları Martda sona çatan 12 ayda 5,72 trilyon yenə (52 milyard dollar) çatıb.