“Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatında artım zəifləyir. Düzdür, bunu, tezliklə böhranın başlayacağı göstəricisi saymaq olmaz”.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib. P.Heydərov bütün dünya ölkələrində iqtisadi tempin zəiflədiyini bildirib. “Ancaq dünya iqtisadiyyatı bir tamdır - heç bir ölkə təkbaşına davamlı olaraq iqtisadi artım nümayiş etdirə bilməz. Demək istədiyim budur ki, ümumən bütün dünya iqtisadiyyatında - Avropa Birliyi ölkələrində, Çin, Yaponiya və s. ölkələrdə artım zəifləyib. Bunun müqabilində Amerikada da temp aşağı düşməli idi”. 

Cəbhə.info