Dünya birjalarında neftin qiyməti artıb.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,13 dollar və ya 0,21% artaraq 61,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,14% artaraq 70,85 dollar təşkil edib.