Dövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə İqtisadiyyat.az-a  Komitədən bildirilib. 

Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.