Xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları qeydə alınır.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi tərəfindən media üçün keçirilən təlimdə qurumun Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və Təhsil nazirinin müşaviri Həsən Həsənli bildirib.

Onun sözlərinə görə, son illər xaricdə təhsil alan gənclərin sayı artır:

“Bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur. Burada söhbət saxta sənədlərdən, hansı keyfiyyətli təhsil almaqlarından yox, bərabər və ədalətli rəqabətin dəstəklənməsindən gedir. Bəzən elə halların şahidi oluruq ki, bəziləri ölkədən çıxmadan həkimlik dərəcələri alır, yaxud dörd il təhsil aldığı ölkənin dilini bilmir.

Təbii ki, belə şəxslərin sənədləri saxtadır. Gələcək həkimlər, müəllimlər, mühəndislər sağlam və keyfiyyətli iqtisadiyyatın formalaşmasında xüsusi rol oynamalıdır. Əmin olmaq lazımdır ki, bu işlərdə bərabərlik prinsiplərinə ciddi əməl olunur. 

Bu gün ictimaiyyətdə işəgötürən diploma, sertifikata yox, biliyə, bacarığa səriştəyə diqqət göstərilir. Valideynlər, gənclər diqqətli olmalıdır ki, təhsil aldıqları müəssisənin diplomları həmin ölkədə tanınırmı?”, - deyə müşavir qeyd edib.