ABŞ ərazisində məhsul istehsal etməklə, digər ölkələr rüsumlardan azad ola bilər.

"Ölkə.Az" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu özünün “Twitter” hesabında ABŞ prezidenti Donald Tramp qeyd edib. 
“Rüsumlardan yan keçmək üçün sadə yol var. Öz mallarınızı ABŞ-da istehsal edin. Bu çox asandır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 10-dan ABŞ-a Çindən idxal olunan 200 mlrd dollar dəyərində mal üçün rüsumlar artıb.