"Diqlas" Ticarət Mərkəzinin binası söküləcək. 

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı məlumat verib.

O bildirib ki, yanğın zamanı binanın təməli zədələnib: "Ekspertlərin rəyinə görə, binanın sökülməsi vacibdir".

Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib. 8 nəfər FHN əməkdaşı olmaqla 11 nəfər xəsarət alıb.