“Bir neçə gün əvvəl Azərbaycan və dünya ictimaiyyəti Prezident İlham Əliyevin növbəti qətiyyətli addımın şahidi oldu”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

Deputat bildirib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında bu il avqustun 3-də yaradılıb: "İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplanıb. İcmanın sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri, Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini, Nəzarət-Təftiş Komissiyasının sədr müavini millət vəkilləridir. Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olun­muş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiy­yət­lərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir. Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır. Sabah Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu münasibətlə hər kəsi Qərbi Azərbaycan İcması adından təbrik edirəm. İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq.”.