“Azər Türk Bank” 2018-ci il üçün maliyyə göatəricilərini açıqlayıb.

FED.az bankın “Mənfəət və Zərər” hesabataına əsasən xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 17 mln 896 min manat, faiz xərcləri isə 7 mln 603 min manat olub. Hesabat dövründə bankın xalis faiz gəlirləri ötən ilə nəzərən 3,31% azalaraq 10 mln 293 min manata enib.

Qeyri-faiz gəlirləri ötən ilə nisbətən 9,15% artaraq 10 mln 746 min manat, qeyri-faiz xərcləri isə 11,68% azalaraq 2 mln 367 min manat təşkil edib.

Yekunda bank 2018-ci ili 169,1 min manat mənfəətlə başa vurub. Xatırladaq ki , bank 2017-ci ili 1 mln 144 min manat mənfəətlə başa vurmuşdu.

FED.az “Azər Türk Bank”ın “Balans” hesabatına bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nəzərən 9,89% artaraq 368,3 mln manata çatıb, cəmi kapital isə 1,81% azalaraq 53,5 mln manata enib.

Hesabat dövründə bankın kredit portfeli ötən illə müqayisə də 38,38% artaraq 165,6 mln manata yüksəlib.

İQTİSADİYYAT.AZ