Çin ABŞ prezidenti Donald Trampın sanksiyalarına cavab verib.Fins.az-ın məlumatına görə, Çin iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq edəcək.

Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək.