Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda 4,9 maqnitudada zəlzələ olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata görə, yerli vaxtla saat 21:38-də (Bakı vatı ilə 22:38) Çanaqqalanın Yenice rayonunda 4,9 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,44 kilometr dərinliyində baş verib.

"Hazırda heç bir neqativ hal yoxdur", - məlumatda qeyd edilib.

Daxili işlər naziri Əli Yerlikaya da zəlzələ ilə bağlı açıqlama verib: "Çanaqqalada, Yenicedə baş verən 4,9 bal gücündə zəlzələdə AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları sahə araşdırmalarına başladı. Zəlzələ ətraf bölgələrdə də hiss olundu. Hazırda hər hansı neqativ hal yoxdur. Hadisələri izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımızın tezliklə sağalmasını arzu edirəm. Allah ölkəmizi, millətimizi bəlalardan qorusun".

***

22:49

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, zəlzələ ətrafda yaşayanlar tərəfindən hiss olunub. 

Hələlik rəsmi məlumat yoxdur. Əlavə məlumat veriləcək.