Bakı səhəri Nizami rayonu “8-ci kilometr” bazarında baş verən güclü yanğınla açdı. Yanğının səhər saat 07:30 radələrində başladığı deyilir. Nəticədə “Diqlas” ticarət mərkəzinin binası və arxa hissəsində yerləşən yarmarka, ətrafdakı bir neçə mağaza, bir sözlə, obyekt içərisindəki geyim və digər əşyalarla birlikdə tamamilə yanıb, külə döndü. Yanğının vurduğu zərər isə milyonlarla manat dəyərində ölçülür.

 

Mehman Nəbiyev