"Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu tapşırığı Prezidenti İlham Əliyev verib.

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.