Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əməkhaqları artırılıb.

Universitetdən verilən məlumata görə, bu haqda ADPU-nun mart ayının 2-də keçirilən Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb. 

Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqlarının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.