iki xidməti minik avtomobilinin satın alınmasına dair “Bakı Sağlamlıq Mərkəzi” PHŞ açıq ender elan edib.

İqtisadiyyat.Az rəsmi məlumata istinadən xəbər verir ki, iştirakçılar tender təkliflərini 4 iyul 2019-cu il saat 17:00-a qədər Bakı şəhəri, Azadlıq prospekti 112 ünvanına təqdim etməlidirlər. Zərflər ertəsi gün saat 15:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Tenderdə iştirak haqqı 330 manat təşkil edir.

Xatırladaq ki, bu ilin fevralında qurum nəqliyyat vasitələrinin satın alınmasına dair “Azevrocar” MMC ilə 31,6 min manatlıq müqavilə imzalayıb.