Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya ötən il 0,3% kiçilib və ölkə ili tənəzzüllə başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ötən il əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyəyə enib. Belə ki, ölkədə istehlak qiymətləri artıb və bir çox almanlar qənaət etməyə məcbur olublar.

Eyni zamanda, Almaniyada orta illik inflyasiya səviyyəsi 5,9% təşkil edib.

 

Gözəl Həşimova