Bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz ixracı gözlənilir.
İqtisadiyyat.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini görüşündə bildirib.
İtaliyalı nazirlə görüşdə enerji əlaqələrinin genişlənməsi xüsusunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Eni S.P.A” şirkətinin əməkdaşlığı, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin ötürücülük gücünün artırılması, “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırmasında iştirakı, bərpaolunan enerjinin tədarük imkanları kimi məsələlər müzakirə edilib.
“Yaşıl enerji dəhlizi” layihəsi üzrə proseslərin cari vəziyyətindən, layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın da daxil edilməsindən bəhs edilib.
Serbiya və İtaliyanın da bu layihəyə qoşulma perspektivləri dəyərləndirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub və italiyalı nazir “Enerji Günü”nə dəvət edilib.