Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin inkişafında rolu əvəzsizdir.
İqtisadiyyat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev feysbuk sosial şəbəkəsi hesabında yazıb.
“Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.
Qeyd edək ki, bu gün müəllimlərin peşə bayramıdır. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. "Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.