Sentyabrda dünyada fəaliyyət göstərən neft və qaz qazma qurğularının sayı son 6 ayın maksimumuna çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın "Baker Hughes" neft xidmətləri şirkətinin məlumatında deyilir.

Qeyd edilib ki, ötən ay orta hesabla 1751 qurğu işlədilib. Bu göstərici avqustda 1735 qurğu olub. Eyni zamanda, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 8 dəfə aşağıdır.

ABŞ-də qazma qurğularının sayı isə 1 ədəd artaraq 587 ədədə çatıb.

 

Gözəl Həşimova