Yaxın Şərqdə müharibə təhlükəsinin artması fonunda neft qiymətləri bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 43 sent və ya 0,6% bahalaşaraq 78,05 dollara çatıb.
 
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 67 sent və ya 0,9% artaraq 74,38 dollar olub.
 
 
Gözəl Həşimova