Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti bərpa edilib.

“Finans.az” xəbər verir ki, bu barədə qurumun Mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Məlumata əsasən, Xocasən yolunun bir hissəsində gedən təmir işləri yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib.

Qeyd edək ki, sözügedən avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirdilər.