Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsini dəyişdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Qeyd edilib ki, dayanacaq məntəqəsi dəyişdirilən marşrutlar aşağıdakılardır: 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83 və 67 nömrəli marşrut avtobusları.

Bundan başqa, vurğulanır ki, avtobuslar aprelin 13-dən etibarən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.