Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.

Bakı Nəqliyyat Agentliyindən İqtisadiyyat.Az-a verilən məlumata görə, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. 

Sürücülərdən xahiş edirik svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.