Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.