Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunun ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.