“Bazarstore” mağazalar şəbəkəsi Xırdalanda 3-cü mağazasını istifadəyə verib.

“Keyfiyyətə, Gülərüzlü xidmətə, Təzəliyə və Sərfəli qiymətə BUYURUN” sloqanı ilə müştərilərinin ehtiyaclarını təmin etməyə və məhsul portfelini inkişaf etdirməyə davam edən “Bazarstore” hər gün təzələnən halal ət və ət məhsullarından tutmuş, bişirilən isti çörəklər və digər un məmulatlarına, motal pendirindən tutmuş şora, baldan qaymağa qədər çox sevilən ləzzətləri seçərək müştərilərinə təqdim edir. Rəngarəng, gözoxşayan meyvə-tərəvəz hər zaman təzədir. “Tarladan süfrəyə” şüarı ilə yerli meyvə-tərəvəzlər 12 saat ərzində mağazalara çatdırlır. “Bazarstore” keyfiyyətdə əsla güzəştə getmir. Öz sahəsində öndə gedən peşəkar heyətləri sayəsində qayğı və diqqətlə seçdiyi yerli ləzzətləri “Bazarstore” keyfiyyəti ilə rəflərində təqdim etməyə davam edir. Mağazadakı məhsullar gündəlik olaraq müəssisənin keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, sayca 55-ci filialını açan "Bazarstore" şəbəkəsinin reklam istehsalatını və təşkilati dəstəyini “Admedia” şirkəti həyata keçirir.

2200-dən çox əməkdaşı ilə ildə 35000 000-a yaxın müştəriyə xidmət edən “Bazarstore” mağazalar şəbəkəsi fəaliyyətə başladığı gündən ölkədə pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını davam etdirir. “Bazarstore” Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Qəbələ, Mingəçevir, Bərdə, Imişli, Lənkəran, Şəki, Zaqatalada fəaliyyət göstərən mağazaları ilə qida və digər əsas tələbat məhsulları ilə bərabər kosmetika, dəftərxana, mətbəx ləvazimatları, elektronika və tekstil kateqoriyaları ilə müştərilərinin ehtiyaclarını təmin edir.