ABŞ Ukrayna silahlı qüvvələrinə 31 ədəd "M1 Abrams" tankı verəcək.

Bu barədə ABŞ prezidenti Co Bayden mətbuata xüsusi çıxışı zamanı bildirib.

Birləşmiş Ştatlar bu tanklara xidmət göstərmək üçün 8 M88 zirehli bərpa maşını da göndərəcək.

21:50

ABŞ hökuməti yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 31 Abrams tankı göndərmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden rəsmi müraciəti zamanı bildirib.

Amerika liderinin sözlərinə görə, bu addımı ona Pentaqonun rəhbəri Lloyd Ostin tövsiyə edib, çünki tankların tədarükü Ukraynanın öz ərazisini müdafiə etmək və strateji məqsədlərinə çatmaq qabiliyyətini artıracaq.