Bu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9% artaraq 755,6 mln. manat təşkil edib. 

İqtisadiyyat.Az Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1%-i hüquqi şəxs statuslu müəssisələrin, 53,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 350,1 mln. manat təşkil edib.