Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Railturkey” saytı yayıb.

Məlumata görə, BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler” şirkətindən aldığı 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq.

Bununla yanaşı, səfər müddətinin 37 saat sürəcəyi qeyd edilirdi, amma aparılmış təcrübələrə əsasən, yol təqribən 40 saata başa gələcək. Hazırda isə səfəri 40 saatdan az vaxta reallaşması üçün işlər həyata keçirilir.