Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib.

Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

17:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən isə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir

16:23

Nəsimi rayonunda yaşayış binasında güclü partlayış olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib. 

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunublar.