Bakıda “Range Rover”dən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.