Bakıda itkin düşən məktəbli tapılıb.
Bu barədə İqtisadiyyat.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 15-16-da Bakının 29 nömrəli tam orta məktəbin 1 nəfər 11-ci sinif şagirdi dərs prosesində iştirak etməyib.
"Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.
Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir", - məlumatda qeyd olunub.
***
09.24
Bakıda məktəbə gedən uşaq itkin düşüb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə yanvarın 15-də paytaxtın Xətai rayonunda qeydə alınıb.
2007-ci il təvəllüdlü Məmmədov Amil Aqil oğlu 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.