Bakıda məktəbin şagirdləri təhsil müəssisəsinə velosipedlə gedib-gəlir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib.

Onun sözlərinə görə, 292 nömrəli təhsil müəssisəsində şagirdlər məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedir.

O qeyd edib ki, məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.

Qeyd edək ki, sözügedən məktəb Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşir.