Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. 

Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır. 

***

Bakıda ağır yol qəzası olub, üç nəfər ölüb.

Hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.

Qəza “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.