Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb.

İqtisadiyyat.az xəbər verir ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb. 

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.