Ötən ay Azərbaycan 682,2 min dollar dəyərində 2,1 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər baxımından 75% azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,06 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni ayında Azərbaycan 2,7 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova